SON DƏQİQƏ
» » Xəzər sahillərini zəbt edənlərə qarşı mübarizə gücləndirildi

Xəzər sahillərini zəbt edənlərə qarşı mübarizə gücləndirildi

Tarix:

17-07-2019, 11:11

/ 1 934 dəfə oxundu.
Xəzər sahillərini zəbt edənlərə qarşı mübarizə gücləndirildi

Xəzər dənizinin Bakı şəhərinin Qaradağ, Xəzər, Suraxanı, Binəqədi rayonları, eləcə də Sumqayıt şəhəri ərazisində olan zonalarında monitorinq qrupları yaradılıb.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi məlumat yayıb. 

Bildirilib ki, Xəzər dənizinin 20-50 metrlik sahilboyu torpaqlarının mühafizəsi ilə bağlı nəzarət daha da gücləndirir.

Hazırkı dövrədək İnzibati Xətalar Məcəlləsinə əsasən, təqsirkar şəxslər barədə 80 halla bağlı protokol tətbiq edilib, torpaq sahəsinin zəbt olunması ilə bağlı Cinayət Məcəlləsinin 188-ci maddəsinin əsasən 76 hal barəsində Daxili İşlər Nazirliyinə müraciətlər göndərilib, 39 işlə bağlı məhkəmələrdə iddia qaldırılıb.

Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsinin sahilboyu 20-50 metrlik zolağına aid olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir.

Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə vəzifəli şəxslər 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.

Xəzər dənizinin sahilboyu torpaqlarının mühafizəsi ilə bağlı monitorinqlər davam etdiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ