SON DƏQİQƏ

Xan Sarayda yaralananlarla bağlı son xəbər

Tarix:17-07-2019, 11:00 Oxunub:1 647

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alanların son durumunu açıqlayıb.

Nazirlikdən GunAz.az-a verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.

“1 saylı Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov ümumi şöbədə palataya köçürülüb və valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb. Vəziyyəti isə orta-ağır stabildir”.

Xatırladaq ki, bir neçə gün öncə Şəki Xan Sarayının qarşısında Xan Çinarın budağının qırılması nəticəsində 19 nəfər xəsarət almışdı.

İyulun 15-də onlardan biri – Xatirə Ağamalıyeva Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<