SON DƏQİQƏ

Azərbaycansız çox darıxıram-ALİK

Tarix:

16-07-2019, 23:33

/ 1 731 dəfə oxundu.
Azərbaycansız çox darıxıram-ALİK

Bir ucu şərq bir ucu qərb, şimal, cənub, böyük TURAN.

Turan dövləti nə vaxtsa qurulacaq, amma bunun üçün Türk dövlətlərinin birgə çalışması vacibdir.

 Xaçmaz rayonuna dostum Niyaz Mehrəliyevi ziyarətə getmişdim, salamlaşdıqdan sonra süfrədəki ətirli çaydan içərək söhbətləşirdik ki, dostumun Yakutiyadan qonaq gələn gülərüz, xoşsifət qardaşı süfrəyə yaxınlaşdı. Dostum tanış ol qardaşımdır dedi: Rusyanın Yakutiya vilayətində yaşayır" Doğrusu kefim kökəldi çünki, Yakutyada yaşayan Türk dilli soydaşlarımızdan isti-isti nə isə öyrənəcəkdim. Qonağımız gülümsəyib deyir: "Azərbaycansız o qədər darıxıram ki, Azərbaycanın hər yeri mənəm üçün vətəndir".

 Adı Alik, Yakutiya Türkü olan bir xanimla evlənib uşaqları, nəvələri var .Elə bu arada xanımı gəldi və gözəl bir şivə ilə xoş gəldiniz dedi. Azərbaycan Türkcəsəndə çox yaxşı danışırdı. Alik söhbətə qarışaraq bildirdi: "Yakutyalılar da elə bizim kimi danışır sadəcə bir az şivə fərqi var. Bax buruna-burhun, qulağa-qulxak, dişə-tis, suya-hu, itə-it, ətə-ət və s. deyirlər". Vallah çox sevindim qardaş bəs Yakutyada diaspora ilə əlaqə yaradırsınızmı?

-Əlbətdə, demək olar ki, tez-tez, görüşürük, yığıncaqlar təşkil edir, imkanı zəif, problemi olan soydaşlarımıza dəstək olur, Yakutiyalı qardaşlarla görüş keçirib bir birimizə məsləhətlər verib həyan  oluruq.

   -Çox gözəl, əziz həmvətənimiz sizə işlərinizdə uğurlar arzulayıram və Yakutyaya gedəndə bizdən və bütün Azərbaycandan qucaq dolusu salamlarımızı Yakutiyalı qardaşlarımıza və Azərbaycandan olan soydaşlarımıza çatdırın.

Özü bizə deməsədə sonradan öyrəndik ki, təvazikar olan Alik Yakutiyada yüksək vəzifələrdə işləyib və yenə də məsul vəzifədə çalışır və iş yerində dərin hörmət qazanıb.

Ədib İsaqoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ