SON DƏQİQƏ

Klub məlumat yaydı: Şahdağda ölən olmayıb

Tarix:

16-07-2019, 20:01

/ 1 910 dəfə oxundu.
Klub məlumat yaydı: Şahdağda ölən olmayıb

Qusar rayonu, Ləzə kəndi istiqamətindən Şahdağ zirvəsinə yürüş edən qrupun tərkibində bir nəfər qeyri-müəyyən ərazidə hündürlükdən sürüşərək həlak olub.

GunAz.az xəbər verir ki bu barədə Everest İdman Klubu məlumat yayıb.

“Yürüşün hansı qrup tərəfindən təşkil edildiyi və ölən şəxsin kimliyi araşdırılır. Hadisə ilə bağlı Dövlət Sərhəd Xidməti “Everest” İdman Klubuna müraciət edib. Klubumuz tərəfindən xilasetmə qrupu əraziyə göndərilib”, - məlumatda qeyd olunub.

***

Everest İdman Klubu məlumatın təsdiqini tapmadığını bəyan edib.

"Bəzi kütləvi informasiya vasitələrində yanlış olaraq “Everest” İdman Klubunun üzvlərindən birinin dağdan yıxılaraq ölməsi barədə məlumat yayılıb. Klub olaraq bəyan edirik ki, bu məlumat həqiqətə uyğun deyil. Hadisə ilə bağlı məlumat veriləcək.

Narahatlığa görə üzr istəyirik", - deyə məlumatda bildirilib.

скачать dle 12.1

Şərhlər