Bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,2 faiz artıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri sabit qalıb.

Ay ərzində mal və qoyun əti, təzə balıq, pasterizə olunmamış üzlü süd, yumurta, banan, albalı, gilas, alça, ərik, şaftalı, kələm, pomidor, xiyar, bibər, badımcan, göy lobya, çuğundur, yerkökü, soğan, sarımsaq, kartof və energetik içkilərin qiymətlərində azalma, yumru düyü, buğda unu, qarabaşaq yarması, makaron məmulatları, toyuq əti, kolbasa məmulatları, sterilizə olunmuş üzlü süd, şəkərli qatılaşdırılmış süd, yoğurt, xama, pendir, kəsmik, kərə və bitki yağları, limon, çiyələk, şabalıd, göyərti, şəkər və şəkər tozu, qəhvə, çay və kakao, dondurma, mineral sular, kola içkisi və limonadın qiymətlərində isə artım müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]