SON DƏQİQƏ
» » BDU-nun rektoru ona sual ünvanlayan tələbələri qəbul edib

BDU-nun rektoru ona sual ünvanlayan tələbələri qəbul edib

Tarix:

6-07-2019, 15:39

/ 1 558 dəfə oxundu.
BDU-nun rektoru ona sual ünvanlayan tələbələri qəbul edib

Bakı Dövlət Universitetində təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində işlər görülür.

GunAz.az xəbər verir ki, bu fikri Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “ASAN Radio”nun “QəbuldASAN” verilişinin qonağı olarkən söyləyib. O, həmçinin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından, UNESKO-nun Parisdəki Baş Qərargahında universitetin yubileyinin qeyd edilməsindən, “Baku Crystal Hall”da keçirilən “BDU-100 Məzun günü”ndən danışıb.

Rektor universitetin yeni inkişaf strategiyası - 5.0 haqqında da məlumat verib.

Universitetin beynəlxalq əlaqələrindən bəhs edən Elçin Babayev BDU ilə Fransanın Lion-2 Universiteti arasında əqli mülkiyyət hüququ üzrə birgə kadr hazırlayacaqlarını və ikili diplom verəcəklərini qeyd edib. Eyni zamanda, Almaniyanın Vürsburq Universiteti ilə Avropa hüququ istiqamətində birgə kadr hazırlığını, indiyədək 50 nəfər tələbənin ikili diplom aldığını diqqətə çatdırıb. Rektor Elçin Babayev Almaniyanın Halle-Vittenberq Universiteti ilə hüquq üzrə fəlsəfə doktoru pilləsi üzrə ikili diplom proqramının hazırlığına toxunub, hazırda 2 doktorantın həmin universitetdə tədqiqat apardığını bildirib.

Əksəriyyəti tələbələr və valideynlər olan dinləyicilər suallarını “ASAN Radio”nun rəsmi “facebook” səhifəsi, “WhatsApp” və şəhər nömrəsi vasitəsilə veriblər. Əlli dəqiqəlik veriliş ərzində vaxt baxımından cavablandırılmayan suallara aydınlıq gətirmək, həmçinin araşdırma tələb edən müraciətlərə baxmaq məqsədilə rektor Elçin Babayev bu gün universitetdə qəbul keçirib. Bir çox müraciətlər yerində həll edilib, bəzi məsələlərin araşdırılması və həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ