SON DƏQİQƏ
» » Neft gəmilərinə hücumda konkret bir dövləti ittihamlandırmaq mümkün deyil - BƏƏ

Neft gəmilərinə hücumda konkret bir dövləti ittihamlandırmaq mümkün deyil - BƏƏ

Tarix:

26-06-2019, 19:27

/ 1 751 dəfə oxundu.
Neft gəmilərinə hücumda konkret bir dövləti ittihamlandırmaq mümkün deyil - BƏƏ

"Neft gəmilərinə edilən son hücuma görə hansısa bir dövləti məsuliyyətli bilmək mümkün deyil. Çünki kifayət qədər məlumat mövcud deyil."

GunAz.az Əlcəzirəyə istinadla xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliyinin xarici işlər naziri Abdullah bin Zayid Ali-Nihyan deyib.

Moskvaya səfəri zamanı rusiyalı həmkarı ilə mətbuat konfransı keçirən BƏƏ rəsmisi bildirib ki, onun ölkəsi Oman dənizində neft gəmilərinə edilən hücumla bağlı hansısa bir dövləti ittiham etmir.

"Bu zəmində məlumatlar kafi deyil. Burada açıq-aydın sübutlar olmalıdır ki, beynəlxalq ictimaiyyət  qane olsun. Biz gərgin və dünya üçün mühüm olan bir regiondayıq. Əlavə gərginlik və narahatlıq istəmirik, bizə sabitlik lazımdır." deyə BƏƏ rəsmisi neft gəmilərinə edilən hücumla bağlı hər hansı bir dövlətin onlar tərəfindən ittiham edilmədiyini bildirib.

Qeyd edək ki, iki həftə öncə baş verən hücumdan dərhal sonra ABŞ İranı ittiham etmişdi. İran isə bu hücumu pisləmiş, onun şübhəli olduğunu bildirmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ