SON DƏQİQƏ
» » Sərbəst güləşçimiz Mahir Əmiraslanov “Minsk 2019”un finalına yüksəlib

Sərbəst güləşçimiz Mahir Əmiraslanov “Minsk 2019”un finalına yüksəlib

Tarix:

26-06-2019, 18:34

/ 1 955 dəfə oxundu.
Sərbəst güləşçimiz Mahir Əmiraslanov “Minsk 2019”un finalına yüksəlib

İyunun 25-də ikinci Avropa Oyunlarının sərbəst güləş yarışlarının birinci günündə Azərbaycan pəhləvanı Mahir Əmiraslanov (57 kq) finala yüksəlib.

GunAz.az xəbər verir ki, güləşçilərimiz yarımfinalda Rusiya təmsilçisi Zavur Uquyev ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada M.Əmiraslanov hesabda geri düşməsinə baxmayaraq, yüksək əzmkarlıq göstərərək görüşü qələbə ilə başa vurub – 3:2. Finalda pəhləvanımızın rəqibi serbiyalı Stevan Misiç olacaq. Final qarşılaşması iyunun 26-da keçiriləcək.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev və nümayəndə heyətimizin digər üzvləri güləşçimizin qarşılaşmasını izləyiblər.

Xatırladaq ki, M.Əmiraslanov (57 kq) səkkizdəbir finalda bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gəlib. İdmançımız dörddəbir finalda isə Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovu 4:0 hesabı ilə məğlub edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ