SON DƏQİQƏ
» » Mursinin ölümüylə əlaqədar Misirdə xüsusi rejim elan edib

Mursinin ölümüylə əlaqədar Misirdə xüsusi rejim elan edib

Tarix:

18-06-2019, 09:39

/ 1 889 dəfə oxundu.
Mursinin ölümüylə əlaqədar Misirdə xüsusi rejim elan edib

 Misir Daxili İşlər Nazirliyi devrilmiş prezident Məhəmməd Mursinin ölümüylə əlaqədar ölkədə xüsusi rejim elan edib.

Misir mətbuatının verdiyi məlumata görə, ölkənin bütün bölgələrinə əlavə polis qüvvələri cəlb edilib.

GunAz.az "Anadolu"ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları işçilərinin məzuniyyətləri ləğv edilib, dövlət və özəl strukturlarda, kilsələrdə və məscidlərdə təhlükəsizlik tədbirlərini artırılıb.

Məhəmməd Mursi iyunun 17-də dövlət müttəhimi kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında keçinib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ