SON DƏQİQƏ
» » Ermənilər 10 minlik təlimə çıxır və sülhə hazırlaşır?

Ermənilər 10 minlik təlimə çıxır və sülhə hazırlaşır?

Tarix:

18-06-2019, 09:03

/ 1 908 dəfə oxundu.
Ermənilər 10 minlik təlimə çıxır və sülhə hazırlaşır?

Bir tərəfdən Ermənistanın müdafiə naziri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 10 min hərbi qulluqçunun iştirakı ilə hərbi təlimlərin keçiriləcəyini bəyan edir, digər tərəfdən isə bu ölkənin xarici işlər naziri Vaşınqtona münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparmağa hazırlaşır.

GunAz.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, düşmənin siyasətində dəyişən bir şey görmür:

“Ermənistanda hakimiyyətdə kimin olmasının fərqi yoxdur, qarşı tərəf sülh danışıqları ilə torpaqlarımızı boşaltmayacaq. Digər tərəfdən, düşmən görür ki, Azərbaycan Ordusu ya təkbaşına, ya da strateji müttəfiqi Türkiyə ilə tez-tez birgə hərbi təlimlər keçirir və bu təlimləri özü üçün təhlükə kimi dəyənləndirir. Belə olan halda düşmənin işğal altındakı torpaqlarda hərbi təlimlər keçirməsinə təəccüblənmirəm. Düşmən hərbi təlimləri vasitəsilə zəif olmadığını bizə göstərməyə çalışır. Bizim vəzifəmiz isə düşmənin işğal altındakı təlimlərinə baxmayaraq, hərbi təzyiqi artırmadır”.

Politoloq qeyd edib ki, Vaşinqton görüşü növbəti başaldatmadan başqa bir şey deyil.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ