20 Yanvarın səbəbkarlarından olan DTK generalı öldü

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədr müavini general Filipp Bobkov ölüb.

GunAz.az xəbər verir ki, o, 94 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Bobkov 1983-1985-ci illərdə DTK-nın sədr müavini, 1985-1991-ci illərdə isə DTK sədrinin birinci müavini olub. Bobkov DTK-da ideoloji əks-kəşfiyyat, Qərb agenturası ilə mübarizə, millətlərarası konfliktlərin həlli kimi işlərlə məşğul olub.

Bobkov həmçinin Sumqayıt hadisələri, 20 Yanvar faciəsinin əsas təşkilatçılarından sayılırdı. Bununla belə Bobkov bu iddiaların hamısını rədd edərək, bunun Siyasi Büro üzvü, SSRİ-də başlamış reformların xaç atası sayılan Aleksandr Yakovlev tərəfindən uydurulduğunu iddia edirdi.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]