SON DƏQİQƏ
» » Sabiq Baş nazirdən Surət Hüseynovun ittihamlarına cavab - VİDEO

Sabiq Baş nazirdən Surət Hüseynovun ittihamlarına cavab - VİDEO

Tarix:

17-06-2019, 08:46

/ 1 125 dəfə oxundu.
Sabiq Baş nazirdən Surət Hüseynovun ittihamlarına cavab - VİDEO

Əbülfəz Elçibəy hakimiyyətində Baş nazir postunda təmsil olunan Pənah Hüseyn bu günlərdə sabiq korpus komandiri, Elçibəyin Qarabağ məsələləri üzrə müşaviri, keçmiş Baş nazir Surət Hüseynovun ittihamlarına yazılı cavab verib.

GunAz.az P.Hüseynin cavabını təqdim edir.

"Bir neçə gün öncə mənə bir neçə KİV- dən sual unvanlanıb ki, Surət Hüseynovun adından (səsi ilə?) ittihamlar yayınlanlanıb, bunlara cavab verim və ya şərh verim. Demişəm ki, araşdırıb, lazım bilsəm, təzə bir şey varsa 15 iyundan sonra cavablandıraram. Ona qədər, öyrənəcəm ki, Könül Rafiqqızı imzası ilə dərc edilən materiallar Surət Hüseynovu bağlayırmı? Və Surət Hüseynöv təsdiqləyirmi ki, bu materaillar onun bilgisi və ya razılığı ilə yayılır, yoxsa özfəaliyyətdir. Bir necə saata buna cavab olacaq və cavaba adekvat reaksiya da olacaq."

P.Hüseyn sonra həmin "səsin" Qurban Məmmədova məxsus olan "Azefredoom" da da səsləndirildiyini bildirib: "Mənə məlumat verdilər ki, Surət Hüseynovdan birbaşa nə təsdiq, nə də təkzib gəlməyib. Güya o Yaponiyadadır. Ancaq onun köməkçisi qismində tanınan şəxs bildirib ki, həqiqətən bu yaxınlarda Surət Hüseynovla özünü jurnalist kimi təqdim edən biri ilə yayılmaq üçün nəzərdə tutulmayan söhbəti olub. Bu məncə elə dolayısı təsdiqdir.
Mən o "səsi" dinlədim. Əvvala, mən bir qadının arxasında gizlənib (material Könül Rafiqqızı imzasıilə yayılıb) küçə qadınlarına xas söyüşlər söyən birisinə baş qoşub cavab verməyi nə özümə, nə digər dostlara, ümumiyyətlə özünü tanıyan heç kişiyə yaraşdırmaram. Bu cür hərəkətin də adı q......dir. O ki, qaldı onun güya "Təhlükəsizlik Şurasında" ermənilərlə gizli atəşkəs müqaviləsi barədə müzakirələr haqqında axmaqlamağına, o cür düşük, səviyəsiz şərləmələrə də elə axmaq adamlar inanar. Qələt eləyir, başın daşa döyür".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ