SON DƏQİQƏ
» » Rövnəq Abdullayev Ağcabədinin Boyat kəndinə təbii qaz verilməsi mərasimində iştirak edib

Rövnəq Abdullayev Ağcabədinin Boyat kəndinə təbii qaz verilməsi mərasimində iştirak edib

Tarix:

15-06-2019, 15:03

/ 1 948 dəfə oxundu.
Rövnəq Abdullayev Ağcabədinin Boyat kəndinə təbii qaz verilməsi mərasimində iştirak edib

 “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizin qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir.

GunAz.az SOCAR-a istinadla xəbər verir ki, iyunun 15-də Ağcabədi rayonunun Boyat kəndinə təbii qaz verilib. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 467 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 49 min 424 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, həmçinin paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Boyat kəndi ilə yanaşı, hazırda Ağcabədi rayonunun Üzeyir Hacıbəyli, Həmidə Məmmədquluzadə, Qarabağ və Eldəniz Sadıqov küçələrini əhatə edən 4 yeni massivdə 128 fərdi evin qazlaşdırılması işləri də yekunlaşdırılıb, istismara qəbul mərhələsindədir. Tezliklə təbii qazın verilməsi təmin ediləcək.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev sakinləri 15 iyin – Milli Qurtuluş Günü və kəndə təbii qazın verilməsi münasibətilə təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Qeyd edilib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR-ın prezidenti bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib, həyata keçirilən layihələrdən, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, respublikanın hər yerində olduğu kimi, Ağcabədi rayonunun da sosial-iqtisadi göstəriciləri yüksəlir, mühüm layihələr həyata keçirilir. Artıq Ağcabədi rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması 94,7 faizə çatdırılıb - 1 şəhər, 1 qəsəbə və 38 kənd təbii qazla təmin olunub.

Milli Məclisin deputatı Aqil Abbas kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib.

Mərasimdə çıxış edən sakinlər əhalinin sosial qayğılarının həllinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqəsinə “mavi yanacaq” verilib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev yaxınlıqdakı evlərdən birinin mətbəxində olub, ev sahiblərini təbrik edib, əhalinin qazla davranış və təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsi işləri ilə maraqlanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ