SON DƏQİQƏ
» » Təhsil naziri Qubadlı rayon kənd məktəbində “Son zəng” tədbirinə qatılıb

Təhsil naziri Qubadlı rayon kənd məktəbində “Son zəng” tədbirinə qatılıb

Tarix:

14-06-2019, 16:54

/ 2 045 dəfə oxundu.
Təhsil naziri Qubadlı rayon kənd məktəbində “Son zəng” tədbirinə qatılıb

Təhsil naziri Ceyhun Bayramov iyunun 14-də “st. Sumqayıt” yaşayış massivində yerləşən Qubadlı rayon Mirağa Əliyev adına Xal kənd tam orta məktəbdə keçirilən “Son zəng” tədbirinə qatılıb. Bu il 28 məzun bu məktəbi bitirib. Ümumilikdə isə Qubadlı rayonunda 32 tam orta məktəb üzrə 447 məzun var.

GunAz.az xəbər verir ki, bayram tədbiri Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Təhsil naziri Ceyhun Bayramov müstəqil həyata qədəm qoyan məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib, öz bilik və bacarıqları ilə Azərbaycanın inkişafına töhfələr verməyi, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzulayıb.

“11 il öncə kiçik yaşlı uşaqlar olaraq məktəbə qədəm qoydunuz. Bu illər ərzində ən sadə biliklərdən, davranış qaydalarından başlayaraq müxtəlif fənlərə yiyələndiniz. Müasir dünyada önəmli olan xarici fənləri öyrəndiniz. Bu gün siz artıq müstəqil həyata atılan gənclərsiniz. Siz savadlı olmağınızla Vətən qarşısında məsuliyyətimizi dərk edən hərtərəfli şəxslər kimi formalaşmısınız. Uğurlarınız çox olacaq. Belə olan təqdirdə valideynləriniz üçün gözəl övladlar, müəllimləriniz üçün nümunəvi şəxslər olacaqsınız və onların çəkdiyi əziyyəti cəmiyyətə qaytaracaqsınız”, - deyə nazir XI sinfi uğurla başa vuran şagirdlərə yeni-yeni nailiyyətlər arzulayıb.

Təbriklərə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Aşağı Mollu kənd məktəbin məzunu, Prezident təqaüdçüsü, Bakı Ali Neft Məktəbinin tələbəsi Nihad Abbasov, qocaman müəllim Malik Atakişiyev də qoşulublar.

Sonra məzunların həsrətlə gözlədiyi “Son zəng” səslənib. On birincilər biliyin rəmzi açarını 10-cu sinif şagirdlərinə təhvil veriblər.

Məktəblilərin rəngarəng, bir-birindən maraqlı musiqili-bədii çıxışları ilə davam edən bayram tədbiri məzunlara xoş və duyğulu anlar yaşadıb.

Sonda Təhsil naziri Ceyhun Bayramov Mirağa Əliyev adına Xal kənd tam orta məktəbin, Dəmirçilər kənd tam orta məktəbin və Qubadlı şəhər 4 saylı tam orta məktəbin məzunları ilə görüşüb, onlarla söhbət edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ