SON DƏQİQƏ

Nağd pul kütləsi azalıb - Nazir açıqladı

Tarix:

14-06-2019, 13:54

/ 1 861 dəfə oxundu.
Nağd pul kütləsi azalıb - Nazir açıqladı

Nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir. Bu baxımdan hökumət tərəfindən nağdsız mühitin genişlənidirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi, rəqəmsal ödənişlərin inkişafı üçün mühüm tədbirlər görülməkdədir.

GunAz.az xəbər verir ki, bunu Milli Məclisdə “2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı Vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, Vergilər Nazirliyi olaraq Mərkəzi Bank və həmkar qurumlarla bu istiqamətdə iş aparırlar:

“Nağd pul kütləsinin cəmi pul kütləsində xüsusi çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1%-dən 51,9%-ə qədər azalıb. Düşünürəm ki, bu rəqəm dinamikanın hansı istiqamətə yönəldiyini aydın şəkildə göstərir. Eyni zamanda 2016-ci il ilə müqayisədə post-terminalların sayında 16%-dək azalma olub. 2016-ci ildə 80 301 ədəd idisə, iyunun 1-nə 67 032 post-terminal qeydiyyatdadır. Eyni zamanda, hazırda ölkədə 6 mln. 721 min ədəd ödəniş kartı mövcuddur”.

скачать dle 12.1

Şərhlər