SON DƏQİQƏ
» » Qlobal sülh indeksi: Azərbaycan neçənci yerdədir?

Qlobal sülh indeksi: Azərbaycan neçənci yerdədir?

Tarix:

13-06-2019, 11:53

/ 1 973 dəfə oxundu.
Qlobal sülh indeksi: Azərbaycan neçənci yerdədir?

Avstraliyanın İqtisadiyyat və Sülh İnstitutu “Qlobal Sülh İndeksi-2019” hesabatını yayımlayıb.

GunAz.az xəbər verir ki, yeni hesabatda son beş ildə qlobal sülhsevərliyin yaxşılaşdığı bildirilib, amma bununla belə hazırkı dünyanın 10 il öncəki vəziyyətdən daha az sülh içində yaşadığı qeyd edilib.

İnstitutun tərtib etdiyi reytinqdə yenə də ilk mövqeni İslandiya tutub. Ondan sonrakı yerlərdə Yeni Zellandiya, Avstriya, Portuqaliya, Danimarka, Kanada, Sinqapur, Sloveniya, Yaponiya, Çexiya, İsveçrə, İrlandiya və Avstraliya yer alıb. Bu ölkələrin hamısı dünyanın ən dinc dövlətləri sayılırlar.

Reytinq cədvəlində sonuncu pillədə Əfqanıstan (163-cü pillə) qərarlaşıb. Suriya, Cənubi Sudan, Yəmən, İraq, Somali, Mərkəzi Afrika Respublikası, Liviya, Konqo Demokratik Respublikası, Rusiya, Pakistan, Türkiyə, Sudan, Ukrayna, Şimali Koreya və Nigeriya isə Əfqanıstanı “qabaqlamağı” bacarıb.

Türkiyə cari ildə reytinqdə 3 sıra geriləyərək 152-ci pilləyə düşüb. Bu göstəricisinə görə isə o, hesabatda yer alan Avropa ölkələri arasında (Rusiya, MDB məkanı çıxmaqla – red.) ən sonuncu yerdə qərarlaşıb. Maraqlı məqam odur ki, hesabatda dinc ölkələr arasında yer alan ilk 25 ölkədən də məhz 17-si Avropanın payına düşüb.

Azərbaycan hesabatda 130-cu pillədə qərarlaşıb. Belə ki, siyahıda Azərbaycan 3 pillə irəlləyib. Azərbaycanın qonşuları olan Ermənistan 118, Gürcüstan 99, Rusiya 154, İran isə 139-cu pillədə özünə mövqe edib. Təşkilata görə, MDB ölkələri arasında ən sülhsevər ölkələr Qazaxıstan (64), Moldova (68), Qırğızıstan (95), Belarus (97) olub.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ