SON DƏQİQƏ

“Çernobıl” niyə dünyanı silkələdi? - Rejissorlar

Tarix:13-06-2019, 09:36

ABŞ istehsalı olan “Çernobıl” serialı bütün dünyanın diqqət mərkəzindədir. Bu serial dünyaca məşhur “Taxt oyunları” kimi baxımlı ekran işini də reytinqdə geridə qoyub.

Sözügedən serialın gündəm olmasından sonra Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdən Çernobıla turlar təşkil edilməsinə başlanılıb. Bu serial ətrafında gedən müzakirələr və ekran işinə böyük marağın olması Azərbaycan kinomatoqrafiyasında hələ də bu səviyyədə film çəkilməməsi məsələsini yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı Kult.az-a danışan rejissor Elvin Rüstəmzadə serialın maraqla qarşılanmasının əsas səbəblərini açıqlayıb. O bildirib ki, “Çernobıl” serialında ən önəmli nüans qəhrəmanın olmamasıdır:

“Çernobıl” o hadisədəki informasiyaları dəqiqliyi ilə göstərən bir serialdır. Filmdə konkret olaraq araşdırma var. Ümumiyyətlə, Çernobıl faciəsinin hansı səbəbdən baş verməsi insanlarda daim sual doğurub. Bu serial çəkilənə qədər faciənin baş vermə səbəbləri ilə bağlı müxtəlif fərziyyələr var idi. Bir qisim bunun texniki yanlışlıqdan qaynaqlandığını, digərləri isə ABŞ tərəfindən törədildiyini bildirirdi. Amma “Çernobıl” serialı konkret olaraq SSRİ-nin necə çürük bir sistem olduğunu açıq formada ortaya qoydu. Rusiya bu serialdakı hadisələrin reallığı əks etdimədiyini iddia edərək, aqressivlik nümayiş etdirir. Bu ekran işində SSRİ-nin birbaşa problemi olduğunu, o rejimin gətirdiyi fəsadlar nümayiş etdirilib. Sonuncu bölümdə problemin nədən qaynaqlanması və partlayışın niyə baş verməsi açıb göstərilir”.

E.Rüstəmzadənin sözlərinə görə, Azərbaycanda bu tip serial çəkilməməsinin bir sıra səbəblri var:

“Məsələn, biz də öz faciəmizdən - Xocalı soyqırımından bu formada film çəkə bilərik. Amma bir şeyə diqqət yetirmək lazımdır ki, bu serialın birbaşa özəlliyi bəşəriyyətə, insanlığa verilən suallar və tapılmayan cavablardan ibarət olmasıdır. Rejissor kimi bizə də xoş deyil ki, ancaq ailə-məişət, komediya mövzusunda filmlər, seriallar çəkək. Əgər sən inqilabçı bir addım atmaq istəyirsənsə, problemləri göstərməlisən. Yoxsa onsuz da hər kəs “Çernobıl” faciəsi barədə eşidib. Reallığı aça bilmiriksə, o film “Çernobıl” qədər yaradıcı olmayacaq. Yoxsa biz durub bir aktyorun əlinə silah verib erməni kimi, digər bir aktyoru da silahlı Azərbaycan əsgəri kimi təqdim etsək və zorlanma səhnəsini çəksək, bu, insanlara o qədər də maraqlı olmayacaq. Yəni yaradıcılıq bu deyil”.

Rejissor Aqil M.Quliyev isə bildirib ki, bizdə “Çernobıl” kimi keyfiyyətli film və serialların çəkilməməsinin səbəbi film biznesinin inkişaf etməməsi ilə bağlıdır:

“Bu sahə nə vaxt biznes formasını alarsa, o zaman bu mövzuya qayıtmaq olar. Bütün dünyada film biznes sahəsidir və buradan külli miqdarda pul götürülür. Reytinq pul deməkdir. Ciddi dram bazarının püxtələşməsi üçün bizə azı 10 il vaxt lazımdır. O zaman biz də faciəmizlə bağlı elə böyük ekran işləri yarada bilərik. Bazar formalaşmalıdır ki, o məhsul çıxarılsın. Yəni bu mühit formalaşmasa, verilən açıqlamalar, deyilən sözlər heç nəyi dəyişməyəcək”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<