Səbail rayonunda iməclik keçirilib

2019-cu ilin yaz-yay mövsümü ilə əlaqədar mayın 25-də Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi boyunca Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iməclik keçirilmişdir.

GunAz.az xəbər verir ki, iməclikdə rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə bələdiyyə, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, ictimaiyyət nümayəndələri də iştirak etmişlər. Aksiya zamanı Tofiq Məmmədov küçəsində yerləşən br sıra yaşayış binalarının həyətlərində, binaların qarşısındakı məhəllələr arasındakı ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmuş ümumi istifadə üçün nəzərdə tutulan torpaq sahələri, yollar, çəpərlənmiş sahələr sökülmüş, ağaclar budanmış, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılmış, mövcud yaşıllıqlara qulluq göstərilmişdir. Məhəllələrdə aparılan abadlıq işləri sakinlər tərəfindən rəğbətlə qarşılanmış, görülən işləri yüksək qiymətləndirərək  davamlı olmasını xahiş etmişlər.

Hazırda Səbail rayonunda yaşayış massivlərinin abadlaşdırılması, həyət və məhəllələrin ümumi istifadə üçün yararlı vəziyyətə salınması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirilir. 

N.SAFURA

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]