SON DƏQİQƏ

İmmun sistemimizin dostu olan bitki çayları

Tarix:

25-05-2019, 10:50

/ 2 108 dəfə oxundu.
İmmun sistemimizin dostu olan bitki çayları

İnsan olaraq həssas quruluşumuz var. Əgər immun sistemimiz yaxşıdırsa, xaricdən gələn xəstəlik və bakteriyalara qarşı dözümlü ola bilərik. Zəif olacağı təqdirdə isə xəstəliyə tez yoluxarıq. Güclü orqanizmə sahib olmaq üçün sağlam qidalanmaq və idman etmək zəruridir. GunAz.az xəbər verir ki, sağlam qidalanma deyəndə ağla gələn bitki çaylarıdır.

İtburnu — Xəstə və ya qrip olanda ilk olaraq C vitamini yadımıza düşür. İtburnu C vitamini ilə zəngindir. Xəstə olmazdan əvvəl içiləndə də bədənə rahatlıq verir.

Qeyd: Gün ərzində 3 stəkandan artıq içilməsi dəridə qaşınma və  allergiya simptonlarına səbəb ola bilər. 

Yaşıl çay — Qara çayın orijinalıdır. Bu səbəbdən də tərkibində minerallar çoxdur. Yaşıl çay istifadəsi maddələr mübadiləsini yaxşılaşdırır.

Qeyd: Yüksək təzyiqli və tez-tez ürəkdöyünmə problemi olan şəxslər bu çayı gün ərzində 1-2 stəkandan çox içməməlidir.

Nanə çayı — Qoxusu ilə məst edən nanə çayının orqanizmə də olduqca faydalıdır. Bədənin sağlam və rahat olmasını təmin edir.

Zəncəfil çayı — Qış aylarında əvəzolunmaz çayıdır. Tənəffüs və həzm sisteminin müalicəsində istifadə olunur.

Qeyd: Öd kisəsində problem olanlar və hamilələr bu bitki çayını içərkən diqqət etməlidir. Gündə 1 qramdan çox istifadəsi uşağın düşməsinə səbəb ola bilər.

Ekinezya çayı — Badamcıqların iltihabı insanda immun sisteminin zəifləməsinə səbəb olur. Bu çay badamcıqlarda olan iltihabın qarşısını alır.

Qeyd: Allergiyalı və xolestrola qarşı dərman qəbul edənlər bu çayı içmədən öncə mütləq mütəxəssislə məsləhətləşməlidirlər.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ