SON DƏQİQƏ
» »  İŞİD-çilər Tacikistanda qiyam qaldırdı: 32 ölü

 İŞİD-çilər Tacikistanda qiyam qaldırdı: 32 ölü

Tarix:

20-05-2019, 10:40

/ 234 dəfə oxundu.
 İŞİD-çilər Tacikistanda qiyam qaldırdı: 32 ölü

Tacikistanda İŞİD terror qruplaşması üzvlü olduqlarına görə həbs edilmiş məhbuslar Düşənbə yaxınlığındakı həbsxanada 3 nəzarətçini qətlə yetirərək qiyam qaldırıb.

GunAz.az xəbər verir ki, bu barədə Tacikistanın Ədliyyə Nazirliyinin mətbuat xidməti informasiya yayıb.

Məlumata görə, qiyam Düşənbədən 15 kilometr aralıdakı Vəhdət şəhərində yerləşən ciddi rejimli cəzaçəkmə müəssisəsində baş verib.

30-a yaxın İŞİD üzvü məhbus bıçaq və digər kəsici alətlərdən istifadə edərək əvvəlcə 3 nəzarətçini girov götürüb, daha sonra qətlə yetiriblər. Təhlükəsizlik orqanları əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qiyamçılar daha bir neçə həbsxana nəzarətçisinə hücum edərək yaralayıblar.

Bundan sonra təhlükəsizlik orqanları qəti addımlar ataraq vəziyyəti nəzarətə götürə biliblər. Qiyam zamanı 29 məhbus öldürülüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ