SON DƏQİQƏ
» » Sürücülərin nəzərinə: Bu yollardan keçməyin!

Sürücülərin nəzərinə: Bu yollardan keçməyin!

Tarix:

18-05-2019, 12:06

/ 201 dəfə oxundu.
Sürücülərin nəzərinə: Bu yollardan keçməyin!

Heydər Əliyev adına Beynəlxalq hava limanı yol qovşağından Mərdəkan yol qovşağına kimi üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən GunAz.az-a verilən məlumata görə, işlər axşam saatlarınadək davam edəcək.

Gecə saat 00:00-dan səhər saat 06:00-dək isə Bakı-Sumqayıt şossesinin Beynəlxalq Avtovağzal kompleksi qarşısından Xırdalan dairəsinədək olan hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Rənglənmə işləri zamanı hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

Bu üzdən sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri, alternativ yollardan istifadə etmələri xahiş olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ