SON DƏQİQƏ

ŞAD XƏBƏR! Bunu onlayn etmək mümkün olacaq

Tarix:

16-05-2019, 23:00

/ 238 dəfə oxundu.
ŞAD XƏBƏR! Bunu onlayn etmək mümkün olacaq

Yaxın zamanlarda Azərbaycanda evdən çıxmadan, onlayn bank hesabı açmaq mümkün olacaq.

GunAz.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemləri sektorunun müdiri Tamerlan Rüstəmov deyib.

O qeyd edib ki, bununla bağlı olaraq Palata Mərkəzi Bankla danışıqlar aparır:

 

 

“Bu prosedur üç əsas məqsədi əhatə edir – transformasiya, inklüzivlik, rəqabət”.

T.Rüstəmov əlavə edib ki, fiziki şəxslər bir neçə üsulla bank hesabı aça bilər:

“Birinci yanaşma bank hesabının bankın proqram təminatından istifadə olunması ilə açılmasıdır. Digər yanaşma isə, bank hesabının videoəlaqə vasitəsilə açılmasını nəzərdə tutur”.Trend

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ