Xocavənddə 2 mina tapıldı

Mayın 15-i saat 11:48-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xocavənd rayonu, Ağburun adlanan ərazidə 2 ədəd minanın tapılması barədə məlumat daxil olub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) GunAz.az-a verilən məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xocavənd rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. 

Agentliyin mütəxəssisləri və Xocavənd rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. 

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd tank əleyhinə TM-57 minası aşkar olunub. 

Aşkar olunmuş minaların üzərində partladıcısı olduğuna görə, 2019-cu il 16 may tarixində yerində zərərsizləşdirilib. Minaların ətrafında 210 kv.m əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. 

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]