SON DƏQİQƏ
» » Elektron viza üçün müraciət edənlərin sayı 72 faiz artıb

Elektron viza üçün müraciət edənlərin sayı 72 faiz artıb

Tarix:

15-05-2019, 14:28

/ 179 dəfə oxundu.
Elektron viza üçün müraciət edənlərin sayı 72 faiz artıb

Bu il Azərbaycana elektron viza üçün müraciət edən turistlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 72 faiz artıb.

GunAz.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bildirib.

Onun sözlərinə görə, artıq bir ildir ki, müxtəlif ölkələrdən gələn turistlərə elektron viza təqdim edilir:

“Azərbaycanın beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşlarına yerində vizaların verilməsi təmin edilir.

Həmçinin, “ASAN Viza” vasitəsilə diplomatik səfərlər, “Formula-1”, Avropa Liqası və sair bu kimi beynəlxalq tədbirlərlə əlaqədar Azərbaycana səfər edənlərin viza əldə etməsinə dəstək verilir. Hava limanlarında vizaların yerində verilməsi prosesi hər bir əcnəbi vətəndaşın orta hesabla iki dəqiqə zamanını alır. Özünəxidmət terminallarından başqa, xüsusi pəncərələrdə viza verilməsi və bank xidmətləri də həyata keçirilir”.

Fariz Cəfərov bildirib ki, ümumilikdə “ASAN Viza” sistemi vasitəsilə 95 ölkədən olan əcnəbilərə elektron vizaların verilməsi həyata keçirilir:

“ASAN Viza” fəaliyyətə başladığı qısa müddət ərzində Azərbaycana səyahət üçün müraciət edən 1 milyon 222 mindən çox əcnəbiyə viza verilib. Hava limanlarında 376 mindən çox turistə viza verilib”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ