SON DƏQİQƏ
» » Hüzn mərasimlərinin və şadlıq saraylarının bic qanunları

Hüzn mərasimlərinin və şadlıq saraylarının bic qanunları

Tarix:

3-05-2019, 16:52

/ 820 dəfə oxundu.
Hüzn mərasimlərinin və şadlıq saraylarının bic qanunları

 

Rauf İLYASOĞLU

Bu gün Heydər Məscidində el-obamızın tanınmış bir ziyalısının üç mərasimində iştirak edirdim. Hüzn sahiblərinə baş sağlığı verib, bir tərəfdə əyləşərək məclisi idarə edən mollanın dini kəlamlarına qulaq asırdım. Bir-birini çoxdan görməyən köçkün həmyerlilərim bir- biriləri ilə görüşür, dərdləşirdılər.

Ümumiyyətlə, yas məclisinə iki cür gələn olur. Birincı gələn hüzn sahibinə dil-ağız edir, sonra əyləşərək mollanın kəlamlarına qulaq asır, dünyasını dəyişən insanın xeyirxah əməlini xatırlayır, kədərlənir və hüzn sahibinin dərdinə şərik olur, baş sağlığı verir, hətta çayı soyuyur, bir tikə də təam edib fatihə surəsini oxuyub, nə kömək lazımdır deyə hüzn sahibinin dərdinə şərik olur.

İkinci cür gələn adam isə, birbaşa başa kecir, ağzı dayanmadan işləyir, gah çərəzdən, gah meyvədən yeyir, dalbadal armudu stəkanda gətirilən çaydan fasiləsiz dümləyir. Elə ki süfrəyə yemək gəlir, böyük-kiçik gözləmədən qabını dolduraraq, tez-tələsik yeyir, sağ, sol işləyərək hər nemətin dadına baxır. Elə ki, toqqanın altını bərkitdi, gözü məclisi gəzir. Harda hörmətli, vəzifəli şəxs var, tez yaxınlaşır və mehriban görüşərək dünyasını dəyişmış rəhmətlikdən söhbət edir. Hormətli adam da qəlbi yumşalır və mərhumun xatirinə dinləyir. Birdən ikinci adam dillənir: Müəllim, bəs uşağımı sizin nazirliyə işə düzəltmək istəyirdim. Rəhmətlik də söz vermişdi ki, sizə tapşıracağdı. Ömur vəfa qılmadı - deyə ağlamsınır. Həmin şəxs əl telefonunu verir və ikinci adam işin aşirdir və sevincindən hüzn sahibi görməsə də sıvişib aradan çıxır.

Məni düşündürən tamam başqa məsələdir.

Mən bunu həm Heydər Məscidində, həm də Təzə Pir məscidində verilən hüzn mərasimlərində dəfələrlə görüb dillənməmişəm.

Deməli, yemək paylayanlar əvvəl göy-goyərti, salat və corəyi sufrəyə düzdükdən sonra, məclisə plov gəlir. Əlbəttə ki, günorta olduğu üçün hamı iştaha gəlir. Hərə özünə bir qismət xörək çəkir. Dörd nəfərlik hesablanmış stolda böyründə oturan iki tikə əvəzinə, dörd tikə plovun üzərinə yayır və iştahla yeyir. O biri yoldaşın şəkəri olduğu üçün yağlı tikəni yeyə bilmir. Yemək paylayanlar isə gözləmə mövqeyi secirlər. Ev yiyəsinin başı qarışdığı üçün bu incə məsələyə fikir verə bilmir. Hərə qismətinə düşəndən təam edib, dovğasını da içib qurtardıqdan sonra, yemək paylayan xidmətçilər hərəkətə keçir, təkrar olaraq təzə plov və ya ağ-qarası gətirib stola düzürlər. Əlbəttə ki, hər kəs bir tikə qismət kəsib əlinin yağıni sildikdən sonra yenidən süfrəyə əl uzatmağı özünə sığışdırmır.

Əlbəttə ki, bu metod xüsusi hesablanmış ssenari üzrə gedir .

Sonradan məlum olur ki, qəstdən gecikdirilmiş “dabavka” kimi gətirilən yeməklər xidmətcilərin halal malı kimi həzm olunur. Yəqin ki, siz də belə bicliklərin şahidi olaraq dillənməmisiniz.

Axı hüzn sahibi bütün xərci çəkibsə, huzn mərasimlərində niyə belə hərəkətlərə yol verilir?

Təzə Pir məscidində bir məsələnin də şahidi olmuşam. Elə oldu ki, məni yer olmadığı üçün molla ilə üzbəüz oturtdular və məclisə plov gəldi. Yanımdakı dostum isə dedi ki, mollanın qarşısındakı şabalıdlı qara doludur, ordan götür.

Gözünə döndüyüm qazdan ayıq molla isə aman vermədən cəld beş nəfərlik norma olan ətin qarasını qabagına çəkərək birbaşa, təkbaşına Koroğlusayaq

qaşıqlamağa başladı. İstədim dillənəm, hüzn yiyəsindəm və yanımda əyləşənlərdən həya elədim. Molla isə beşqat yuxanın arasına tikələri yığıb üstünü örtdu. Mən isə yavan düyüdən bir qismət kəsib mollanın acgözlüyünün şahidi oldum. Elə ki süfrə yığışdırıldı, molla ofisanta işarə etdi ki, bu qabı apar qoy mənim şkafıma. Onu da qeyd edim ki, hər bir mərasim zalının, xüsusilə də Təzə Pirin, Heydər məscidinin öz mollaları var. Hər məclisdən gələn gəlirin necə faizi mollaların dolanışığına hesablanır.

Əziz oxucularım, elə bilməsin ki, mən çox yeyən adamam. Əsla yox.

Tezdən gedirəm nəşriyyata, başım yazı-pozuya qarışır, bir vaxt saata baxıram ki, saat 6-ya yaxınlaşır. Özümü tıxaclara düsməsəm, bir saata mənzil başına çatdırıb, Allahın verdiyi nemətdən təam edib, Rəbbimə şükr edirəm.

Bütün bunları yazmaqla demək istəyirəm ki, bicləşmə dovrünə qədəm qoyuruq. Odur ki, aza da nail olmalıyıq.

Bu incə mətləblərə bir ekspert jurnalist olaraq gəzişmə edərək reallıqlarla sizi yorduğum üçün üzümü Rəbbimə tutub deyirəm: Allahım, keçin günahımızdan. Bizi axirət əzabından azad edin.

Ümumiyyətlə, yas mərasimlərində iki cür qaralı, şabalıdlı, səbzi plovlu xörəklərin, müxtəlif noğul, konfet, şokolad və sair şirniyyat və çərəzlərin, üzüm, alma, naringi, armud və sair meyvələrin, tərəvəzlərin, pendir, hətta iştah açan şoraba və kələm turşularının, çörək və lavaşların, halva və sair şirin-şəkər məhsullarının düzülməsini necə qəbul edirsiniz? Məgər bu israfçılıq deyilmi?

Əhalinin yarı faizdən çoxu məhz belə yağlı yeməklərin təsirindən bəlkə də şəkərli diabet xəstəliyinə düçar olublar.

Bakıda dünyasını dəyişənlərin ailəsi görəsən nə qədər ziyana düşür?

Olmaz ki, yas mərasimlərində ancaq halva və çaydan başqa digər ədviyyatlar stola düzülməsin? Hələ palatkaların, yəni qurulan mağarların bir günlük qiymətini hesablayanda gərək iki ayın pensiyası tək palatkaya gedə.

Sumqayıt şəhərində vaxtilə hər iki - üç binanın ortasında xeyir-şər məclislərini keçirmək üçün çox gözəl, birmərtəbəli xeyir-şər evləri tikilmiş, hər cür şərait yaradılmıs və bu gün də bu ənənə davam etdirilir. Hüzn yiyəsi ətin, ədviyyatın alıb aşbaz gətizdirir, yaxın qohumlar qulluq edir, el-oba gələrək hüzn məclisində qoyulmuş siyahıya maddi cəhətdən köməklik edir, pul yazdırır. Bununla da hüzn sahibi o qədər də ziyana düşmür. Vaxtilə Sumqayıt partiya komitəsinin birinci katibləri işləmiş Kamran Hüseynov, Şənlik müəllim və başqaları bu məsələyə diqqət ayıraraq hər binanın yaxınlığında xeyir-şər məclislərini yola vermək üçün 500-1000 nəfərlik bir mərtəbəli zal tikdirib istifadəyə vermişlər. Əsl xeyirxahlıq budur.

Bu gün daha müasir şəraiti olan mərasim zallarının sayı kifayət qədərdir. Lakin bu mərasim zallarında göstərilən xidmətlərdən hər kəs yararlana bilərmi? Əvvəla, hər bir kəsə uzun və şərəfli ömür arzulayıram. Amma Allahın buyurduğu qanun hər bir kəsə aiddir.

Əli Əleyhissəlamın təbirincə desək, hər kəs nə vaxtsa ölümdən dadacaqdır. Biz də dadacağıq .

Lakin gəlin görək bir nəfərin dəfninə, məclisi yola vermək üçün çəkilən xərç neçəyə başa gəlir?

Bir neçə il əvvəl mətbuat səhifələrində yazmışdım ki, şadlıq sarayları xalqın cibini soyur.

Bir müddət bu gündəmdə qaldı. Lakin sonralar bəzi monapoliyaların rus demişkən kurasiyasında olan şadlıq sarayları və mərasim zalları bu gün də şıdırğı alver edir, qaz vurub qazan doldururlar. Toy məclislərində şadlıq saraylarında 7 cür salat, müxtəlif çeşidli xörəklər, içkilər məgər toy sahibinə qarşı israfçılıq deyilmi? Muxtəlif cür xorəklərdən yemək özü bir xəstəlik mənbəyi deyilmi? Bəzi rayonlarda toy mərasimləri günortadan başlayıb gecəyə qədər davam edir. Heç olmasa günorta yeyilən yeməyi axşama qədər həzm eləmək olur. Bəs Bakı və Sumqayıt şəhərlərində hər gün axşam saat 6-00 dan, yollarda tıxac olarsa, 7-00 dən başlayan toylarda kətə və müxtəlif qutabları məcburi qaydada insanlara sırıyıb, lülə kabablara soda və sair qatıb, mədələrimizi köpürdən şadlıq sarayının rəhbərlərini görəsən köpürdən olacaqmı?

Naxcıvan Muxtar Vilayətində bir müddət yas mərasimlərindən xörəklər yığışdırıldı. Əslində isti aylarda ehsan əsasən halva və çaydan ibarət olmalıdır. Çünki halva bir həftə də qalsa xarab olmur. Amma hamı istəyir ki, dünyasını dəyişən valideynini daha urvatlı olaraq son mənzilə yola salsın. Hələ mərmər başdaşıların qiymətindən danışmıram.

1960-70 ci illərdə yaşadığımız Ağdam şəhərində sadə ağ sal daşlardan sənətkarlar yonaraq başdaşları düzəldər, ərəb dilində mərhumun ad və soyadı yazılardı. Rəhmətlik Mirzə Cəlil demişkən: ölumüzü ərəb dili də ağlayıb, rus dilində danışdırardıq. Mərhumənin baş daşlarının yuxarı hissəsi bu az maili, mərhumun baş daşlarının yuxarı hissəsi isə az maili düzəldilərdi. O dövrdə baş daşlarının qiyməti sərfəli idi. Çünki rusun qizıl onluqlarının, bir sözlə pulun dəyəri var idi.

Amma indi pul dəyərdən düşüb, qiymətlər əmək haqqına və ya 200 manat pensiya alan vətəndaşın cibinə, aylıq dolanışıgına uygun deyil, bu da vətəndaşlar arasında narazılıqlar yaradır.

Stolun üzərinə düzülən bu məhsulların heç yarısı yeyilmir.

Gəlin israfçılıga yol verməyək.

Hər bir məmurun, səlahiyyət sahibinin bir neçə şadlıq sarayları, dəfn mərasimləri var ki, bu da pul üstünə pul gətirir. Gəlin görək o pullu məmurlar pullarını nəyə xərcləyir? Bir tələbənin ödəyə bilmədiyi təhsil haqqına kömək edirlərmi?

Mənim kimi yüzlərlə yazıçı və şairin tarixi kitablarının çapına kömək edirmi? Allah Abel müəllimə də insaf versin, bizim bəzi akademik və alimlərimiz qaz vurub, qazan doldururlar, amma erməni milyarderi Amerikadan xalqına səslənir ki, ay mənim xalqım, məndən sonra bu ermənistana kimsə bu qədər yardım edəcəkmi?

Azərbaycanda qeyrətli oğullarımız kifayət qədərdir.

Sağ olsun Mübariz Məsimov kimi oğullara. Qardaş Türkiyədə azərbaycanlı tələbələrin təhsil haqlarını qaldırsalar da, “Palmali” şirkətinin rəhbəri neçə-neçə tələbə həmyerlilərinin aylıq təqaud və təhsil haqlarını ödəyir. Hanı bizim bir milyona ayı kəsdirib şellənən oğul balalarımız? Bu düşüncə ilə qabağa gedə bilərikmi?

Yuxarıda qaldırdığım məsələlər haqda düşünmək vaxtıdır.

Sağlam həyat tərzi keçirmək üçün bütün sahələrdə diqqətcil olmalıyıq.

Geni dəyişdirilmiş məhsulları xalqa sırımaq özü cinayətdir. Gömrükdə işləyənlər, bəzi polis əməkdaşları şantaj yoluyla narkotik alverciləri ilə iş birliyi yaparaq iş verənlərin hesabına insanları tora salırsa, hansı ədalətdən humanistlikdən söhbət açmaq olar.

Rusiyada yayılmış “Mavi Balina” oyunundan nə qədər yeniyetmələrintihara əl atıblar. Hələ qazda boğulanları demirəm.

Saxta dərmanları, süni düyüləri, ölu paltarlarını gətizdirib MEMİ adı altında bu millətə sırımaqla bir çox qaşınma, asma və sair psixoloji xəstəlikləri yayanlar niyə at oynatmalıdırlar?

Gözəl dinimizi gözdən salmayaq. İslam dinimizi qoruyaq, ələ salmayaq.

Bizim Qarabağ boyda dərdimiz var. O torpaqlarımızı nə vaxt işğaldan azad edəcəyik? Şıdırğı alverlə? Gəlin ayılaq, millətə sahib çıxaq, birləşək, imkansıza kömək edək, rəhimli olaq, millətə qənim kəsilməyək. Şəhidlərimizin ruhunu şad etmək ücün Qarabağımıza Şuşamıza, Ağdamımıza, Kəlbəcərimizə, Qubadlımıza, Həkəri və Bərgüşad çaylarımıza, bir sözlə, torpağımıza sahib çıxaq.

 

 

скачать dle 12.1

Şərhlər