SON DƏQİQƏ
» » Abşeron sakininin toya bir gün qalmış evi söküldü - FOTO

Abşeron sakininin toya bir gün qalmış evi söküldü - FOTO

Tarix:

12-04-2019, 19:48

/ 10 596 dəfə oxundu.
Abşeron sakininin toya bir gün qalmış evi söküldü - FOTO

Jurnalist İlkin Pirəli sosial şəbəkə hesabında Abşeron rayonu Saray qəsəbəsində sabah toy mərasimi keçiriləcək evin icra başçısının tapşırığı ilə sökülməsi barədə məlumat paylaşıb.

Məsələ ilə bağlı Abşeron rayonu İcra Hakimiyyətindən Oxu.Az-a açıqlama verilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli qeyd edib ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən söküntü işləri aparılmır.

“Rayonun Saray qəsəbəsində mənzilin sökülməsi məhkəmə icraçıları tərəfindən həyata keçirilib. Belə ki, iki vətəndaş arasında olan mübahisəyə məhkəmədə  baxılıb. İddiaçı Gülmalıyev Vahid Abbas oğlu ona aid olan torpaq sahəsinin Hüseynov Raqif  Əjdər oğlu tərəfindən zəbt edilərək mənzilin tikildiyini önə çəkib və adıçəkilən şəxsi məhkəməyə verib. 

Sözügedən mübahisəyə Abşeron Rayon Məhkəməsində baxılıb və 18.02.2015-ci il tarixində çıxarılmış qətnaməyə əsasən Hüseynov Raqif  Əjdər oğlu  tərəfindən inşa olunmuş qanunsuz tikintinin sökülməsi barədə qərar verilib. Bundan sonra qarşı tərəf məhkəmənin qətnaməsindən müvafiq instansiyalara müraciət etsə də yenə də qətnamə qüvvədə saxlanılıb. Nəticədə məhkəmə icraçıları tərəfindən qanunsuz tikili sökülüb”, - deyə o S.Qasımbəyli bildirib.

Onun sözlərinə görə, Abşeron RİH tərəfindən hər hansı bir söküntü işləri aparılmır. 

“Təəssüf ki, vətəndaşların bəziləri “məhkəmə icraçıları” deyəndə Rayon İcra Hakimiyyəti kimi başa düşür”, - deyə o sözlərinə əlavə edib.

Qeyd edək ki, jurnalist İ.Pirəlinin sosial şəbəkədə yazdığına görə, Saray qəsəbəsində aprelində 13-də toy mərasimi olacaq ailənin evini yerlə-yeksan ediblər.

Dağıldılmış evin görüntülərini paylaşan jurnalist gəlinin cehizlərinin - qablarının və divanın qırıldığını qeyd edib.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ