SON DƏQİQƏ

Babək prospektində yol yenə çökdü - Video

Tarix:

10-04-2019, 08:47

/ 10 392 dəfə oxundu.
Babək prospektində yol yenə çökdü - Video

Yeni təmirdən çıxmış Babək prospektində yenidən çökmə olub.

GunAz.az “XəzərXəbər”ə istinadən xəbər verir ki, yolun bir hissəsində yaranan çökəklik bu yoldan istifadə edənlərə çətinliklər yaradır. Sürücülər məcbur olaraq ya avtomobili çökəkliyə salmalı olurar, ya da ani manevr etməklə qəza şəraiti yaradırlar.

Görüntülər bir neçə ay öncə təmir edilən Babək prospektindəndir.

Sürücülər deyir ki, yolda yaranan maneədən yayınmaq üçün əksər sürücü avtomobilini ani olaraq ya sağa sola çəkməli olur. Nəticədə isə digər sürücülər üçün real qəza şəraiti yaranır. Xüsusilə də axşam qaranlıq saatlarında çuxuru görmək daha çətin olur.

Məsələylə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət agentliyindən isə bildirilib ki,əraziyə baxış keçiriləcək və problem aradan qaldırılacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ