SON DƏQİQƏ

Ayfon istifadəçilərinə şad xəbər

Tarix:

22-03-2019, 21:46

/ 10 236 dəfə oxundu.
Ayfon istifadəçilərinə şad xəbər

İOS sistemli mobil qurğular da Votsapın müəssisələr üçün hazırladığı Votsap Biznes tətbiqindən istifadə edə biləcəklər.

GunAz.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 2018-ci ilin əvvəllərində hazır olan tətbiq Votsapın əsas tətbiqinə çox bənzəyir. Android və noutbuklarda artıq istifadə edilən tətbiqdən yaxın vaxtlarda iOS istifadəçiləri də faydalana biləcəklər.

Qeyd edək ki, tətbiq bizneslə və ya kiçik sahibkarlıqla məşğul olanlar üçün geniş imkanlar təqdim edir. Belə ki, istifadəçilər bunun köməyi ilə müxtəlif mesajları avtomatik edə, sıralaya və avtocavab verə bilər. Bunun üçün istifadəçi müəssisəsi ilə bağlı profil yaradır, mail və şirkətin saytının ünvanını daxil edir. Tətbiq həmçinin istifadəçiyə neçə mesajın uğurla göndərildiyi barədə statistika da verir.

скачать dle 12.1

Şərhlər