SON DƏQİQƏ
» » Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırılıb

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırılıb

Tarix:

22-03-2019, 16:29

/ 10 228 dəfə oxundu.
Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mart ayı üzrə dövlət sosial yardımlarının Novruz bayramına qədər ödənişi tam təmin edilib.

Nazirlikdən GunAz.az-a daxil olan məlumata görə, martın 19-dək bütün sosial yardımlar aztəminatlı ailələrin hesablarına köçürülüb.

Məlumata görə, bu ailələrdəki 1 yaşadək uşaqlara sosial müavinət təyin olunur ki, mart ayı üzrə həmin müavinətlər də sosial yardımla bərabər ödənilib.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı proqramı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən maddi təminat formasıdır. Hazırda 50 mindən artıq ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ