SON DƏQİQƏ

Xınalıq yolunda qar uçqunu oldu

Tarix:

20-03-2019, 16:51

/ 10 235 dəfə oxundu.
Xınalıq yolunda qar uçqunu oldu

Quba-Xınalıq yolunda qar uçqunu baş verib. 

GunAz.az xəbər verir ki, hadisə yolun 32-ci kilometrliyində, 4 yerdə qeydə alınıb. 

Uçqun nəticəsində yeddi kəndlə əlaqə kəsilib. Xınalıq kəndi istiqamətində gedənlər və qayıdanlar yoldan geri qayıdıblar. 

“Azəravtoyol”un əraziyə gətirilən texnikasında nasazlıq yarandığı üçün yola əlavə texnika cəlb edilib. 

N.SAFURA

скачать dle 12.1

Şərhlər