SON DƏQİQƏ
» » Antalya istiqamətində birbaşa uçuşlar başlayır

Antalya istiqamətində birbaşa uçuşlar başlayır

Tarix:

18-03-2019, 23:15

/ 10 240 dəfə oxundu.
Antalya istiqamətində birbaşa uçuşlar başlayır

Türk Hava Yolları 31 mart tarixindən etibarən Antalya-Bakı-Antalya istiqamətində birbaşa uçuşlara start verir.

Qaynarinfo-nun məlumatına görə, ilk mərhələdə - 31 mart-29 may aralığında baş tutacaq uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək. Bu tarixlər aralığında həftənin bazar ertəsi, çərşənbə və bazar günlərində Antalya-Bakı reysi reallaşdırılacaq. Əks istiqamətdə olan Bakı-Antalya reysi isə həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günlərində həyata keçiriləcək. 1 iyun tarixindən etibarən isə Antalya-Bakı-Antalya istiqamətində aviareyslər gündəlik rejimdə baş tuatacaq. Təyyarələrin uçuş saatları yerli vaxtla Antalya-Bakı (AYT BAK) 23:55-3:40 Bakı-Antalya (BAK AYT) 05:15-70:25 göstərilib.

Qeyd olunan istiqamətlərdə biletlər 477 manata satılır.

скачать dle 12.1

Şərhlər