SON DƏQİQƏ
» » Cəfər Cabbarlının Xızı rayonundakı ev-muzeyinə virtual ekskursiya təşkil olundu

Cəfər Cabbarlının Xızı rayonundakı ev-muzeyinə virtual ekskursiya təşkil olundu

Tarix:

15-03-2019, 18:08

/ 10 409 dəfə oxundu.
Cəfər Cabbarlının Xızı rayonundakı ev-muzeyinə virtual ekskursiya təşkil olundu

Bu gün, martın 15-də Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 2 №-li Bakı Baza Tibb Kollecinin tələbələri üçün Cəfər Cabbarlının Xızı rayonundakı ev muzeyinə virtual ekskursiya təşkil olundu.

Tədbir işirakçıları ədibin Xızı rayonundakı ev-muzeyində olan eksponatlarla tanış oldular. Virtual ekskursiya Yasamal rayon MKS-nin və Xızı rayon MKS-inin habelə Cəfər Cabbarlının Xızı rayonundakı ev-muzeyinin əməkdaşlarının iştirakı ilə baş tutdu.

Böyük ədib və dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar söhbət aparıldı.

Tədbirdə “Hansı kitabları sevirsiniz?” mövusunda müzakirələr də aparıldı. Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova mütaliənin yaşından asılı olmayaraq hər bir insan üçün vacib olduğunu söylədi. Çoxlu mütaliə etməyin insanın dünyagörüşünün formalaşmasında böyük rol oynadığını vurğuladı.

Kollecin müəlliməsi Esmira Babayeva tədbirə görə kitabxana kollektivinə öz təşəkkürünü bildirdi və belə görüşlərin davamlı olmasını arzuladı. M.Ş.Vazeh adına Mərkəzi Kitabxana ənənəsinə sadiq qalaraq, tədbir iştirakçılarına kitablar hədiyyə etdi.

Cəfər Cabbarlının Xızı rayonundakı ev-muzeyinə virtual ekskursiya təşkil olundu

 

Cəfər Cabbarlının Xızı rayonundakı ev-muzeyinə virtual ekskursiya təşkil olundu

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ