SON DƏQİQƏ

Rusiyada terror planlaşdıran şəxs məhv edildi

Tarix:

13-03-2019, 15:07

/ 10 278 dəfə oxundu.
Rusiyada terror planlaşdıran şəxs məhv edildi

Rusiyanın Samara vilayətində xüsusi əməliyyat zamanı terror aktı törətməyi planlaşdıran şəxs zərərsizləşdirilib.

GunAz.az Rusiya Milli Antiterror Komitəsinə istinadən xəbər verir ki, martın 13-ü gecə saatlarında Federal Təhlükəsizlik Xidmətinin orqanlarına Bezençuk rayonunun Yekaterinovka kəndindəki evlərdən birində terror aktı törətməyi planlaşdıran silahlı şəxsin olduğu barədə məlumat daxil olub.

Təcili olaraq ərazidə əməliyyata başlanıb. Silahlı şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb, döyüş qumbarasından istifadə edib. Lakin qısa müddətdən sonra terrorçu məhv edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ