SON DƏQİQƏ
» » Deputatlar irad bildirdi: Qanunları bəzən özümüz də oxuyub başa düşmürük

Deputatlar irad bildirdi: Qanunları bəzən özümüz də oxuyub başa düşmürük

Tarix:

13-03-2019, 14:00

/ 10 306 dəfə oxundu.
Deputatlar irad bildirdi: Qanunları bəzən özümüz də oxuyub başa düşmürük

Qanunların dili elə olmalıdır ki, onu hamı başa düşə bilsin. Bu məsələyə ciddi diqqət yetirilməli, qanunlarımız hamının başa düşdüyü, anladığı tərzdə yazılmalıdır.

GunAz.az xəbər verir ki, bunu millət vəkili Novruz Aslan parlamentin Aqrar siyasət komitəsinin martın 13-də keçirilən iclasında “Fitosanitar nəzarəti haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

“Biz özümüz bəzən bu qanunları oxuyub başa düşə bilmirik, o qədər qəliz şəkildə yazılır ki, anlamaq olmur. Onda bəs sıravi insanlar necə olsun?”, - deyən millət vəkili, ümumiyyətlə, qanun layihəsində “isə” sözünə, mötərizələrə ehtiyac olmadığını bildirib:

“Bunlar axı nəyə lazımdır? Hesab edirəm ki, bunlar gələcəkdə mütləq nəzərə alınmalı və yığışdırılmalıdır”.

Adıçəkilən komitənin sədri Eldar İbrahimov millət vəkilinin iradları ilə razılaşdığını bildirib.

“Bu qanunun qəbulundan on ildən çox vaxt keçir. O, 2006-cı ilin 12 may tarixində qəbul edilib və üstündən xeyli vaxt ötür. Hesab edirəm ki, həmin qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin növbəti oxunuşlarında və müzakirələrində bu məqamlar nəzərə alına bilər.

Hələlik birinci oxunuşdur, növbəti oxunuşlarda bu məsələlərə baxılması və onların nəzərə alınması mümkündür. Mənim də fikrim belədir ki, qanunlar sadə, hamının başa düşə biləcəyi dildə yazılmalıdır. Burada qəlizliyə ehtiyac yoxdur”, - deyə komitə sədri əlavə edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ