SON DƏQİQƏ
» » Bu, Paşinyanın sayıqlamalarına məntiqli cavabdır – Şərh

Bu, Paşinyanın sayıqlamalarına məntiqli cavabdır – Şərh

Tarix:

11-03-2019, 21:56

/ 10 277 dəfə oxundu.
Bu, Paşinyanın sayıqlamalarına məntiqli cavabdır – Şərh

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatı ilə Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlar prosesinə cəlb edilməsinə dair sayıqlamalarının nə dərəcədə əsassız olduğu onun nəzərinə çatdırıldı.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, bəyanatın əsas məğzi də bundan ibarətdir:

“Həmsədr ölkələr Paşinyanın indiyədək iddia etdiyi danışıqlar formatının dəyişdirilməsi ilə bağlı təkliflərini əsassız saydılar və bildirdilər ki, bu format 20 ildən çoxdur fəaliyyət göstərir və kifayət qədər səmərəli format olduğu praktikada artıq sübuta yetirilib. Çünki indiyədək Ermənistanın baş naziri tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikası”nın danışıqlar prosesinə cəlb edilməsinə dair bir-birinin ardınca sərsəm fikirlər irəli sürülmüşdü. O gah bildirirdi ki, “bizim onları təmsil etməyə haqqımız yoxdur”. Gah da bu prosesdə üçüncü tərəfin, yəni qondarma DQR-in iştirak etməli olduğuna dair məntiqsiz və mənasız fikirlər irəli sürürdü. Daha sonra bildirmişdi ki, biz bu barədə, yəni formatın dəyişdirilməsi və danışıqlar prosesinə başlanması barədə fikrimizi söylədik, amma Azərbaycandan heç bir cavab gəlmədi. Azərbaycan belə mənasız fikirlərə cavab verməyə borclu deyil. Çünki danışıqlar prosesinin bəlli formatı var. O format üzrə də danışıqlar davam etdirilməlidir. Həmsədrlər isə öz açıqlamalarında bildirdilər ki, mövcud formatın dəyişdirilməsinə heç bir ehtiyac yoxdur. Belə ki, formatın dəyişdirilməsi bütövlükdə danışıqlar prosesinə ciddi əngəllər yarada və danışıqlar prosesinin davam etdirilməsini dalana dirəyə bilər”.

Q.Hüseynli qeyd edib ki, həmsədrlər danışıqların bu formatda davam etdirilməsinin zəruriliyini əsaslandırıb və prosesin hansı istiqamətdə inkişaf edəcəyini, danışıqların hansı məsələlərin həllinə kökləndiyini də açıb göstərdilər:

“Zənnimcə, həmsədrlərin bu bəyanatı ilə Paşinyanın indiyədək məntiqsiz və sözün əsl mənasında danışıqlar prosesinin pozulmasına yönəldilmiş sayıqlamalarına məntiqli və əsaslı cavab verilmiş oldu”.

Qeyd edək ki, Avropa İttifaqının yüksək rəsmilərinin ardınca ATƏT-in Minsk Qrupu həmsədrləri də qeyd etdilər ki, danışıqların formatı dəyişdirilə bilməz. Bu, Ermənistanın populist siyasətinin uğursuzluğunun növbəti nümunəsi hesab oluna bilər. Həmsədrlərin açıqlaması göstərir ki, danışıqların əsasını işğal olunmuş ərazilərin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması təşkil edir. Həmsədrlər danışıqların təməli kimi Helsinki Yekun Aktına istinad edirlər. Helsinki Yekun Aktına görə öz müqəddəratını təyin etmək ərazi bütövlüyünə zidd ola bilməz.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ