SON DƏQİQƏ
» » Azərbaycanda qırqovul təsərrüfatına maraq artıb

Azərbaycanda qırqovul təsərrüfatına maraq artıb

Tarix:

7-03-2019, 22:23

/ 10 299 dəfə oxundu.
Azərbaycanda qırqovul təsərrüfatına maraq artıb

Son illərdə qırqovul təsərrüfatına maraq artıb. Soyuğa və istiyə davamlı olan bu quşları bəsləmək bir o qədər çətin olmasa da, nəticədə, qazanılan gəlir qənaətbəxş hesab olunur. 

Elə bu səbəblərdən, eyni zamanda, çöl quşlarına olan maraq Masallı sakininin qırqovul təsərrüfatı yaratmasına səbəb olub. İndi təsərrüfatçı qırqovul ətinin xaricə ixracına nail olmağa çalışır. 

Masallının Kolatan  kəndində yaşayan Etibar Sadıqov bir neçə il əvvəl qırqovul saxlayaraq, artırmaq niyyətinə düşüb. Bu qədər xeyir götürəcəyini hesab etmədiyini deyən təsərrüfatçı iki il ərzində ana qırqovulların sayını artıraraq  300-ə çatdırıb. 

İl ərzində üç ay müddətində yumurta qoyan bu quşlardan təbii və inkubator yolu ilə də bala almaq mümkündür. Qazanc əldə etmək üçün bəslədiyi qırqovulun cütünü 70-80 manata satdığını bildirən təsərrüfat sahibi alıcılarının çox olduğunu deyir. 

Qırqovulun əti çox dadlı və xeyirli olması ilə seçilir. Son vaxtlar meşələrdə nadir hallarda rast gəlinən qırqovulları qapalı şəraitdə çoxaltmağı bacaran Etibar Sadıqov gələcəkdə onların sayını 1000-ə çatdırmağı planlaşdıraraq iri ferma yaratmağı düşünür. Daha sonra isə hədəfində məhsulunu xaricə ixrac etmək var.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ