SON DƏQİQƏ
» » Yanğın zamanı evsiz qalanlara yaşayış yerləri ayrıldı

Yanğın zamanı evsiz qalanlara yaşayış yerləri ayrıldı

Tarix:

6-03-2019, 22:31

/ 10 288 dəfə oxundu.
Yanğın zamanı evsiz qalanlara yaşayış yerləri ayrıldı

Martın 5-də Bakının Nərimanov rayonunda yerləşən məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada baş verən yanğınla əlaqədar hökumət rəsmiləri hadisə yerində olub, həlak olanların ailə üzvlərinə başsağlığı veriblər.

GunAz.az xəbər verir ki, yanğın zamanı həyatlarını itirən şəxslərin dəfni və hüzr mərasiminin keçirilməsi dövlət tərəfindən təşkil edilib.

Zərərçəkənlərlə görüşən Baş nazirin müavini Əli Əhmədov bildirib ki, tamamilə yararsız hala düşən mənzillərin sakinlərinə müvəqqəti yaşayış yerləri ayrılıb. Yataqxanada məskunlaşan məcburi köçkünlərin qısa müddətdə yeni mənzillərlə təmin olunması nəzərdə tutulur.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda qeyd edilir ki, artıq siyahıyaalma aparılıb. Yataqxananın üçüncü mərtəbəsində Səriyyə Hacıyevaya məxsus otaqda baş vermiş yanğının zəhərli təsirindən xəsarət alan 8 nəfər dərhal xəstəxanaya aparılıb. Hadisə nəticəsində Laçın rayonundan məcburi köçkün Eliza Əliyeva və Surxay Əliyev həyatını itirib. Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi və prokurorluq orqanları tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. Araşdırmadan sonra yekun rəy veriləcək və müvafiq hüquqi addımlar atılacaq

скачать dle 12.1

Şərhlər