SON DƏQİQƏ

Banklar adından İlham Əliyevə müraciət edildi

Tarix:

1-03-2019, 23:56

/ 10 231 dəfə oxundu.
Banklar adından İlham Əliyevə müraciət edildi

Azərbaycan Banklar Assosiasiyası Prezident İlham Əliyevə müraciət edib.

ABA-dan GunAz.az-a daxil olan müraciətdə Azərbaycanın dinamik inkişaf edən ölkəyə çevrilməsi və beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmasının Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və İlham Əliyev tərəfindən davam etdirilən siyasətin nəticəsi olduğu bildirilir.

“Reallaşdırılan genişmiqyaslı və fundamental tədbirlərin nəticəsidir ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmaqla, dünyanın bir çox ölkələrini geridə qoyub, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.

Ölkə vətəndaşlarının mənafeyi əsas tutularaq Sizin tərəfinizdən imzalanmış, əhalinin ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə dövlət dəstəyini ehtiva edən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərman devalvasiya nəticəsində borc yükü artmış şəxslərin rifah halının yaxşılaşdırılmasına, onların banklar qarşısında öhdəliklərinin icrasına dəstək olmaqla yanaşı, maliyyə-bank sisteminin dayanıqlı inkişafının təmin edilməsinə xidmət edəcək mötəbər bir sənəddir.

Öz növbəmizdə, Fərmandan irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsinə hazır olduğumuzu bildirməklə, göstərdiyiniz dəstəyə görə bütün bank ictimaiyyəti adından Sizə dərin təşəkkürümüzü bildiririk”, - müraciətdə qeyd olunub.

скачать dle 12.1

Şərhlər