SON DƏQİQƏ
» » “Azərbaycan nağılları” Ermənistanı çalxaladı

“Azərbaycan nağılları” Ermənistanı çalxaladı

Tarix:

28-02-2019, 22:23

/ 10 374 dəfə oxundu.
“Azərbaycan nağılları” Ermənistanı çalxaladı

Ermənistanın Təhsil Nazirliyi ölkədə yayılan “Azərbaycan nağılları” kitabı ilə bağlı açıqlama verib.

“Azərbaycan nağılları” toplusunun  Ermənistanda dərc edilməsi barədə xəbəri “168.am” yayıb.

KİV  nümayəndələrinin çoxsaylı müraciətinə cavab olaraq Ermənistan Təhsil Nazirliyi bildirib ki, kitablar “Save the  children” beynəlxalq təşkilatının proqramı çərçivəsində dərc edilib və uşaqlarda tolerantlıq tərbiyəsinin inkişaf etdirilməsini nəzərdə tutur.

Qeyd eedək ki, sözügedən kitab hələ 2008-ci ildə Təhsil Nazirliyinin ayırdığı qrantla dərc edilib. Kitaba Azərbaycan, Gürcüstan və Ermənistan xalqlarının nağıl və hekayələri daxil edilib. Həmin toplu 2016-cı ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının maliyyəsi ilə, 2019-cu ildə isə Ermənistan Qırmızı Xaç Cəmiyyətinin təşəbbüsü ilə yenidən dərc edilib. 

 

 

скачать dle 12.1

Şərhlər