SON DƏQİQƏ
» » Tiflisdə erməni təxribatının qarşısı alındı - Foto

Tiflisdə erməni təxribatının qarşısı alındı - Foto

Tarix:

28-02-2019, 20:21

/ 10 216 dəfə oxundu.
Tiflisdə erməni təxribatının qarşısı alındı - Foto

Ermənistanın Gürcüstandakı səfirliyi və Erməni Apostol Kilsəsinin nəzdində "Ayartun" adlı Mədəni-maarif və Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Tbilisidə Sumqayıt hadisələrinin 31-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Ötən gün axşam saatlarında Feysbuk sosial şəbəkəsində tədbir haqqında elanda Sumqayıt hadisələrinə həsr edilən fotokollajda 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş iki azyaşlı azərbaycanlı uşağın fotoşəkli də yerləşdirilmişdi.

Ermənilərin növbəti yalanı: Xocalıda qətlə yetirilmiş uşaqlar Tbilisidə "Sumqayıt qurbanları" kimi təqdim olunub" başlıqlı xəbərindən sonra tədbirin Feysbuk səhifəsindəki elana dəyişiklik edilib.

Tədbir haqqında elandakı fotokollaj artıq silinib və guya Sumqayıt hadisələrinə aid olan digər fotoşəkillə əvəzlənib.

Bundan başqa Ermənistan səfirliyinin rəsmi Feysbuk səhifəsindən də tədbirin elanı yığışdırılıb.

Beləliklə, ermənilərin Sumqayıt hadisələri ilə bağlı növbəti yalanı Tiflisdə ayaq tutsa da, yerimədi. Ermənilər anım tədbirinin elanında fotonu əvəzləməklə həm də özü-özlərini ifşa etmiş oldular.

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ