SON DƏQİQƏ
» » Arif Qasımovun sakinlərlə növbəti səyyar qəbulu

Arif Qasımovun sakinlərlə növbəti səyyar qəbulu

Tarix:

28-02-2019, 10:35

/ 10 264 dəfə oxundu.
Arif Qasımovun sakinlərlə növbəti səyyar qəbulu

Nizami rayonu 238 nömrəli tam orta məktəbdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən Ə.Kürçaylı küçəsi 5, 7, M.X.Şərifli küçəsi 84b, 84v ünvanlarda yaşayan sakinlərlə səyyar qəbul keçirilib. 

 

GunAz.az xəbər verir ki,Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 1 №-li Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Sakinlər məhəllənin işıqlandırılması, binaların dam örtüklərinin təmir olunması, sahibsiz itlərin küçələrdən yığışdırılması, həyətdəki su kranlarının bərpası və digər sosial problemlərlə bağlı rayon rəhbərinə müraciət ediblər. 

 

Vətəndaşlara səsləndirilən problemlərlə bağlı müvafiq izahatlar verilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, bir qisminə qanunamüvafiq cavablar verilib, digər əlavə araşdırma tələb olunan məsələlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb. 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ