SON DƏQİQƏ
» » Sürücülərin DİQQƏTİNƏ: Bakının bu hissəsində...

Sürücülərin DİQQƏTİNƏ: Bakının bu hissəsində...

Tarix:

22-02-2019, 13:27

/ 10 206 dəfə oxundu.
Sürücülərin DİQQƏTİNƏ: Bakının bu hissəsində...

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Səməd bəy Mehmandarov prospektində dəmir yolu stansiyasından Sabunçu Rayon İcra Hakimiyyətinə doğru olan istiqamətdə hərəkət qısa müddətə məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən GunAz.az -a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq əks istiqamət üzrə ikitərəfli olmaqla təmin olunacaq.

“Müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik”, - məlumatda qeyd olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ