SON DƏQİQƏ

“DOST” mərkəzi açılacaq

Tarix:

22-02-2019, 13:12

/ 10 446 dəfə oxundu.
“DOST” mərkəzi açılacaq

İlk “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzinin mart ayının sonu, aprel ayının əvvəllərində Bakı şəhərinin Yasamal rayonunda açılması gözlənilir. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən GunAz.az -a məlumat verilib.

Eyni zamanda, bu ilin sonunadək Bakının Binəqədi, Nizami və Xəzər rayonlarında da “DOST” mərkəzlərinin yaradılması nəzərdə tutulur. 

2019-2025-ci illərdə ölkədə 31 “DOST” Mərkəzi yaradılacaq. Onlardan beşi Bakı, ikisi Sumqayıt, ikisi Gəncə şəhərlərində, qalanları respublikanın digər regionlarında açılacaq. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ