SON DƏQİQƏ

Zabit Səmədov ibrətamiz sözlər- BİZ QARDAŞIQ

Tarix:

16-02-2019, 23:34

/ 10 499 dəfə oxundu.
Zabit Səmədov ibrətamiz sözlər- BİZ QARDAŞIQ

Azərbaycanlı K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Zabit Səmədov Moskvada azərbaycanlılarla çeçenlər arasında baş verən insidentə münasibət bildirib.

Zabit Səmədov bu barədə öz Instagram səhifəsində yazıb.

“Bizim əcdadlarımızın keçdikləri yol Qafqaz xalqları üçün igidlik nümunəsidir. Bizi həmişə hörmət etməyi, eləcədə din qardaşlarımıza və Qafqaz ərazisində yaşayan qardaşlarımıza kömək etməyi öyrədiblər

Bu gün biz Azərbaycan və Çeçen xalqları arasında ikitərəfli səmimi münasibətləri görürük, bu, bizim əcdadlarımızın münasibətlərinin nəsildən nəsilə davamıdır.

Qürur hissi ilə deyə bilərəm ki, çeçenlər bizim qardaşlarımızdır, və Çeçenistanda da mənim xalqım haqda eyni fikirləri səsləndirirlər”, - deyə o bildirib.

Zabit Səmədov əminliyini vurğulayıb ki, azərbaycanlılar və çeçenlər qardaş xalqların münasibətlərini korlamağa cəhd edənlərin toruna düşməyəcəklər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ