SON DƏQİQƏ
» » Azərbaycanlılar Gürcüstanda ayağa qalxdı – Etiraz aksiyası olacaq

Azərbaycanlılar Gürcüstanda ayağa qalxdı – Etiraz aksiyası olacaq

Tarix:

2-02-2019, 19:45

/ 10 357 dəfə oxundu.
Azərbaycanlılar Gürcüstanda ayağa qalxdı – Etiraz aksiyası olacaq

Etiraz aksiyası fevralın 5-i saat 12-də Gürcüstan parlamentinin qarşısında olacaq

Gürcüstanın Axalkalaki şəhərində erməni terrorçu Mixail Avaqyana abidə ucaldılmasına qəzəblənən bu ölkədəki azərbaycanlılar kütləvi etiraz aksiyasına hazırlaşırlar.

GunAz.az xəbər verir ki, etiraz aksiyası fevralın 5-i saat 12-də Gürcüstan parlamentinin qarşısında olacaq.

Etiraz aksiyasının keçirilməsi artıq razılaşdırılıb. Azərbaycanlıların aksiyaya kütləvi şəkildə qoşulacağı bildirilir.

Qeyd edilir ki, erməni terrorçuya abidə ucaldılması azərbaycanlılara qarşı ciddi hörmətsizlikdir, mənəvi sarsıntıdır və Gürcüstandakı azərbaycanlılar abidənin oradan götürülməsini tələb edəcəklər.(Report)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ