SON DƏQİQƏ
» » Sərnişinlərə pulsuz çay, meyvə şirəsi veriləcək, Wi Fi xidməti göstəriləcək - YENİ TƏLƏB - VİDEO

Sərnişinlərə pulsuz çay, meyvə şirəsi veriləcək, Wi Fi xidməti göstəriləcək - YENİ TƏLƏB - VİDEO

Tarix:

2-02-2019, 08:00

/ 10 529 dəfə oxundu.
Sərnişinlərə pulsuz çay, meyvə şirəsi veriləcək, Wi Fi xidməti göstəriləcək - YENİ TƏLƏB - VİDEO

Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlərin rahatlığını təmin etmək üçün daşıyıcı şirkətlər qarşısında bir sıra tələblər qoyub. Uzaq yola çıxan reyslərdə vətəndaşlara yol boyu pulsuz və limitsiz çay, qəhvə, meyvə şirəsi və eləcə də Wi Fi xidməti verilməlidir.

GunAz.az-ın məlumatına görə, yalnız biletin pulunu ödəməklə uzaq yola çıxan sərnişinlər pulsuz olaraq çay, qəhvə, meyvə şirəsi və eləcə də Wi Fi xidmətlərindən istifadə edə biləcəklər.

Kompleksin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib ki, artıq avtobusların təxminən 90 faizi sərnişinlərə əlavə xidmətlər göstərir. Yaxın vaxtlarda xidmət sahəsi daha da təkmilləşdiriləcək.

 

Pərvin Məmmədova onu da anons edib ki, yaxın günlərdə sərnişindaşımada bir sıra yeniliklər olacaq.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ