SON DƏQİQƏ

Azərbaycanda bu çayda suyun səviyyəsi artdı

Tarix:

1-02-2019, 21:03

/ 10 378 dəfə oxundu.
Azərbaycanda bu çayda suyun səviyyəsi artdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-70 faizini təşkil edir.

Departamentdən GunAz.az-a bildiriblər ki, fevralın 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 103 kubmetr olmaqla ongünlük normanın 62 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 13 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 70 kubmetr təşkil etməklə ongünlük normanın 102 faizinə bərabərdir.

Fevralın 1-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, suyun səviyyəsi Kür çayının Şirvan və Salyan məntəqələrində 8, Surrada 2, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə 9 santimetr artıb.

Hazırda suyun səviyyəsi Surra məntəqəsində 426, Şirvanda 313, Salyanda 276, Bankədə 241, Araz çayının Novruzlu məntəqəsində isə 145 santimetrə bərabərdir.

скачать dle 12.1

Şərhlər