SON DƏQİQƏ
» » VVAQ üçün tələb olunan sənədlərin sayı azaldıldı

VVAQ üçün tələb olunan sənədlərin sayı azaldıldı

Tarix:

1-02-2019, 18:34

/ 10 346 dəfə oxundu.
VVAQ üçün tələb olunan sənədlərin sayı azaldıldı

Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) üçün dövlət orqanları tərəfindən vətəndaşlardan tələb olunan sənədlərin sayı azaldılır.

GunAz.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Məcəllənin hazırki variantına görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə aparılır.

Təklif edilən yeni dəyişikliyə əsasən isə bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur.

Dəyişikliklərin edilməsində məqsəd "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasını təmin etməkdir.

Ailə Məcəlləsinə yeni dəyişikliklər səsə qoyularaq qəbul edilib.(Trend)

скачать dle 12.1

Şərhlər