SON DƏQİQƏ

Milli.Az 9 yaşını qeyd edir

Tarix:

1-02-2019, 09:14

/ 10 328 dəfə oxundu.
Milli.Az 9 yaşını qeyd edir

Bu gün Milli.Az internet portalının 9 yaşı tamam olur.

GunAz.az-ın məlumatına görə, bu gün portal Azərbaycanın çox oxunan internet resursları sırasındadır.

Bu müddət ərzində Milli.Az inkişaf edərək daha funksional olub, kifayət qədər auditoriya qazanıb. Fəaliyyətə başladığı ilk gündən dəqiq xəbərlər, baş verən hadisələrə mütəxəssis və ekspertlərin rəyləri, obyektiv informasiyalar vermək yolunu seçmiş Milli.Az-ın oxucularının sayı fasiləsiz artmaqdadır. Artıq stabil hal almış bu artım internet portalındakı kontent, informasiya və xəbərlərə olan tələbatla bağlıdır. Milli.Az portalının oxucu auditoriyasının stabil artımı həm də portal yaranandan sonra aparılan təkmilləşmə və inkişaf işlərinin məntiqi nəticəsi sayıla bilər.

9 il ərzində Milli.Az bir çox mükafatlar qazanıb, daha da populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib. Portal hadisələrlə bağlı oxucuları obyektiv, sürətli və ən başlıcası, vaxtında məlumatlandırmaqla yanaşı, Azərbaycanın informasiya məkanının ümumi inkişafına xidmət edir.

Bu gün Milli.Az internet portalı Azərbaycanda çox oxunan, sayılan və nüfuzlu kütləvi informasiya vasitələrindən biridir.

Həmkarlarımızı təbrik edir, böyük uğurlar arzulayırıq!

скачать dle 12.1

Şərhlər