SON DƏQİQƏ

"Şəhidlər ölməz, Vətən bölünməz"!

Tarix:

28-01-2019, 23:20

/ 10 361 dəfə oxundu.
"Şəhidlər ölməz, Vətən bölünməz"!

"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin Tərtər şəhərində yerləşən Qarabağ regionu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə bölgələrdə vətənpərvərlik ruhunun daha da artırılması məqsədi ilə yanvar ayında Tərtər şəhərində silsilə tədbirlər keçirilmişdir."Şəhidlər ölməz, Vətən bölünməz"!

GunAz.az-a verilən məlumata görə, həmin tədbirlərin davamı olaraq Tərtər şəhərində yaşayan imtiyazlı şəxslərin arzu və istəklərini nəzərə alaraq "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in dörd nəfər nümayəndəsi şəhid ailələri, məcburi köçkünlər, Qarabağ qaziləri və əlilləri, eləcə də digər səbəbdən əlil olan insanlarla görüşlər keçirdilər. Bu görüşlər zamanı onlarla maarifləndirmə işləri aparıldı, sualları cavablandırıldı. Eləcə də maarifləndirmə məqsədi ilə onlara Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən nəşr olunan 300 ədəd "Vətəndaş cəmiyyəti" jurnalı paylandı.

Görüşdən sonra Sarıcalı kəndindəki Şəhidlər abidəsi ziyarət edildi. "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in sədri Tahir Xudiyev, sədrin köməkçisi və Nəzarət-Təftiş Komissiyasının üzvü, 2-ci qrup əlil Sarvan Əmrahov, İctimai Birliyin Qarabağ regionu üzrə nümayəndəliyinin rəhbəri, Qarabağ müharibəsi veteranı və təqaüddə olan polis əməkdaşı Həsənağa Bayramov, Tərtər şəhəri Əfqanıstan veteranları Cəmiyyətinin sədri, Qarabağ müharibəsi veteranı, sabiq polis əməkdaşı Mətləb Əliyev, rayon sakini Niyazi Kazımov vətənpərvərlik mövzusunda çıxışlar etdilər. Yad olunan bu şəhidlərin arasında Əfqanıstan müharibəsi veteranı Mətləb Əliyevin qardaşı Bəxtiyar Əliyev və əmisi Qabil Əliyev də var. Onu da qeyd edək ki, Şəhidlər abidəsi Əfqanıstan veteranları Cəmiyyətinin sədri Mətləb Əliyevin şəxsi vəsaiti hesabına inşa edilmiş, indiyədək də onun tərəfindən abadlıq işləri aparılır.

Sonra tədbir iştirakçıları ön cəbhədə postda dayanan polis əməkdaşları və əsgərlərlə görüşlər keçirdilər. "Şəhidlər ölməz, Vətən bölünməz"! şüarı altında keçirilən belə görüşlər onlarda ruh yüksəkliyi yaradır. Postun yerləşdiyi yerdə ermənilərin özlərinin əvvəllər tikdiyi Ağdərə rayonunun Şıxarx kəndinə köçmələrinin 150 illiyinə həsr olunmuş abidə onların Qarabağ torpaqlarına gəlmələr olmasını sübut edir. Ehtiyat-təhlükəsizlik tədbirləri baxımından ön cəbhədəki görüşlər zamanı foto və video çəkilişlərin aparılmasına icazə verilmədi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ